SAT İmtahanı Haqqında Sual-Cavab

SAT İmtahanı Haqqında Sual-Cavab

SAT İmtahanı nədir?
SAT beynəlxalq səviyyədə tanınan universitetə qəbul imtahanıdır. SAT ilk əvvəl Amerikada 1926-cı ildə  "College Board" tərəfindən Ali təhsil müəssisələrinə qəbul üçün yaranmış, sonralar isə digər ölkələrdə də tətbiq olunmağa başlanan standartlaşdırılmış test imtahanıdır. 

SAT İmtahanı neçə hissədən ibarətdir?
SAT imtahanı iki hissəyə bölünür: 
Reasoning test (SAT 1)
Subject test (SAT 2). 

SAT 1 imtahan nəticəsi xaricdə təhsil almaq üçün ən çox tələb olunan göstəricidir, 3 hissədən ibarətdir: Math, Critical Reading və Writing.

SAT 2 isə nisbətən daha az və spesifik təhsil müəssisələri tərəfindən istənilir, xüsusi fənn biliklərinin (fizika, tarix, kimya, biologiya və s.)  yoxlanılması məqsədi daşıyır.

SAT 1 imtahanında əsas tələbələrin mövcud bacarıqları, SAT 2 imtahanında isə nailiyyət göstəricisi test olunur. SAT 1 imtahanında məntiqi təfəkkürdən daha çox bilik səviyyəsi yoxlanılır. Bu mənada deyə bilərik ki, SAT 1 test prosesində ümumi biliklər, SAT 2-də isə mövzu üzrə spesifik biliklər test edilir.

SAT Reasoning test (SAT 1) imtahan müddəti 3 saat 50 dəqiqə olur.
Reading – 65 dəq., Writing – 35 dəq., Riyaziyyat – 80 dəq., əlavə olaraq 50 dəq. esse (inşa)

SAT Subject Test (SAT 2) zamanı isə müddət 1 saatdır.

SAT 1 imtahan sualları 4 variantlı testlərdən ibarətdir. SAT 2-də isə suallar 5 variantlı testlərdən təşkil olunur. SAT 1 imtahanında səhv etmək şansınız vardır, səhv cavablarınız düz cavablarınıza təsir etməyəcək, lakin SAT 2-də səhv cavablar düzgün cavablarınıza təsir edir.

Hər kəs SAT imtahanı verə bilər?
SAT imtahanı üçün xüsusi uyğunluq meyarları olmadığı üçün hər kəs bu imtahanda iştirak edə bilər. SAT imtahanı vermək üçün ən yaxşı vaxt 10 və ya 11-ci sinifdə, yəni 17-18 yaşda imtahandan uğurla keçib xaricdə bakalavr dərəcəsi almaq üçün ABŞ, Kanada, Hollandiya və s. da yerləşən universitetlərdə oxuya bilərsiniz.

SAT vasitəsilə təqaüd ala bilərəm?
Bəli, SAT imtahanında müstəsna nəticə göstərən tələbələrə təklif olunan çoxlu təqaüdlər var. Bundan əlavə, SAT imtahanınızda nominaldan yuxarı bal toplamamısınızsa, akademik nailiyyətləriniz əsasında beynəlxalq təqaüdlərə də müraciət edə bilərsiniz.

 

Daha ətraflı məlumat üçün bizimlə əlaqə:

Tel: 012 409 74 54

Mob: 077 744 74 54

E-poçt: info@rtgroup.az