
Magistratura təhsili
Dünyada ,eləcə də, Azərbaycanda tələbələrin əksəriyyəti magistratura təhsili üçün Avropanı seçir.Bu
seçimə təhsilin keyfiyyəti, universitet reytingləri, tələbə həyatı kimi bir çox faktorlar təsir edir.
Avropada magistr təhsili almağı düşünürsünüz? Avropada magistr dərəcələri adətən Avropa Ali Təhsil
Sahəsi konvensiyasına uyğun olaraq ikinci mərhələ dərəcələri adlanır. Bəs magistratura təhsili üçün
tələbələr hansı avropa ölkələrinə üstünlük verir?
Aparılan statistika göstərmişdi ki, Azərbaycandan eləcə də dünyanın müxtəlif ölkələrindən tələbələr
aşağıdakı ölkələri magistratura təhsili üçün seçmişlər:
1. Almaniya, İtaliya, Fransa
Təhsilin keyfiyyəti baxımından tələbələrin ən çox seçdiyi proqramlar incəsənət, mühəndisliq,
iqtisadiyyat, memarlıqdır.Siz bu ölkələrdə magistratura təhsilini həm öz dillərində, həm də ingilis
dilində oxuya bilərsininiz.
2. İsveçrə, İspaniya, Avstriya
Bu ölkələrdə siz bir çox ixtisaslarda həm ingilis dilində, həm də öz dillərində təhsil ala bilərsiniz.
3. Skandinaviya ölkələri: Norveç, İsveç, Fillandiya
4. Şərqi Avropa ölkələri: Macarıstan, Çexiya, Polşa, Ukrayna
Avropada hansı ixtisaslarda magistratura təhsili almaq mümkündür?
Əgər siz magistratura təhsili üçün avropanı seçmişsiznizsə, o zaman sizin bakalavr ixtisasınıza uyğun
ixtisaslar seçməlisiniz. Lakin, bəzi universitetlərdə Beynəlxalq Biznes və MBA kimi ixtisaslara bakalavr
təhsili sosial elmlər, mühəndislik kimi olan tələbələri qəbul edir.
Avropada magistratura təhsil haqqları
Ümumiyyətlə, siz, Avropada ödənişli , ödənişsiz və tə taqaüdlü magistratura təhsili ala bilərsiniz.
Ödənişli magistratura təhsili sizin seçdiyiniz ölkədən asılı olaraq dəyişir.